Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilib.
Apasport.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma nəzərdə tutulub.
Turun açılış oyununda “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edib.
Bakı təmsilçisi 3:0 hesablı qələbə qazanıb.
Bu qarşılaşmada Bakı təmsilçisi Azərbaycan çempionatında 1000-ci oyununa çıxıb.