Qusarda kanalda batan yeniyetmənin meyiti tapılıb.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Samur-Abşeron su kanalının Qusar rayonu, Kuzunqışlaq kəndi ərazisindən keçən hissəsində batan 16 yaşlı Rəhimxanov Nizami Rəhimxan oğlunun meyiti batdığı yerdən 70 km məsafədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, yeniyetmə iyulun 23-də adı çəkilən kanalda batıb.