“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT:  7 nəfər saxlanıldı -VİDEO
26 iyul 2024 18:54 (UTC +04:00)

“Bandotdel”dən XÜSUSİ ƏMƏLİYYAT: 7 nəfər saxlanıldı -VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, narkotik vasitələrin kultivasiyası və dövriyyəsi ilə məşğul olan, eləcə də dələduzluq yolu ilə vətəndaşların maddi vəsaitini ələ keçirən şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.
DİN-dən Lent.az-a verilən məlumata görə, tədbirlər zamanı saxlanılan 3 nəfərin hər birindən “Kalaşnikov” avtomatı, daraqlar və 103 ədəd patron aşkarlanıb.
İdarə əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyatlar zamanı isə əvvəllər məhkum olunmuş Diyanət Ağadadaşov, Tərlan Cəfərov, tanışı Aygün Hacıyeva və Məhəmməd Abuşov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 26 kiloqram marixuana, heroin, psixotrop maddə metamfetamin, eləcə də 51 ədəd kultivasiya yolu ilə xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkarlanıb.
M.Abuşovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla yanaşı özünü dövlət orqanlarının vəzifəli şəxsi kimi təqdim edərək vətəndaşların maddi vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyi də müəyyən edilib.

Faktlarla bağlı Baş İdarədə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar

Göygöldə DƏHŞƏT:  Oğul anasını bıçaqladı

Göygöldə DƏHŞƏT: Oğul anasını bıçaqladı

26 iyul 2024 , 19:48
Büroda vəkilin meyiti  tapıldı - başından vurulub

Büroda vəkilin meyiti tapıldı - başından vurulub

26 iyul 2024 , 19:46
Sumqayıtda yaşayış binasında yanğın oldu

Sumqayıtda yaşayış binasında yanğın oldu

26 iyul 2024 , 19:22
Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ

Uşaq baxçasında kütləvi ZƏHƏRLƏNMƏ

26 iyul 2024 , 18:41
1000-ə yaxın miqrant Rusiyadan qovulur

1000-ə yaxın miqrant Rusiyadan qovulur

26 iyul 2024 , 17:49
Polis rəisi və ermənilərlə  əlbir olan azərbaycanlı TUTULDU

Polis rəisi və ermənilərlə əlbir olan azərbaycanlı TUTULDU

26 iyul 2024 , 16:57
Keçmiş nazir barın yanında öldü

Keçmiş nazir barın yanında öldü

26 iyul 2024 , 16:44
Yeniyetmə özünü binadan atdı

Yeniyetmə özünü binadan atdı

26 iyul 2024 , 16:18