Prezident əlcəzairli həmkarına başsağlığı verib
12 fevral 2014 15:50 (UTC +04:00)

Prezident əlcəzairli həmkarına başsağlığı verib

0

Prezident əlcəzairli həmkarı  Əbdüləziz Buteflikaya başsağlığı verib. Lent.az-ın məlumatına görə, dövlət başçısının başsağlığı məktubunda deyilir: “Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əlcəzair xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 615

Oxşar yazılar