Prezident Çinə başsağlığı verdi
03 mart 2014 19:00 (UTC +04:00)

Prezident Çinə başsağlığı verdi

0

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə başsağlığı məktubu göndərib. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, məktubda deyilir:

 

“Hörmətli cənab Sədr, Kunmin şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə kədərləndirdi. Biz bu qanlı hadisədən olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir və terrorizmə qarşı hamılıqla mübarizəni dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 967

Oxşar yazılar