Prezident İlham Əliyev 2013-cü il avqustun 13-də Bakıda imzalanmış “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2013-2015-ci illər üçün Kompleks Əməkdaşlıq Planı”nın təsdiq edilməsi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, dövlət başçısı Fövqəladə Hallar Nazirliyinə fərmanın 1-ci hissəsində göstərilən Kompleks Əməkdaşlıq Planının müddəalarının həyata keçirilməsini təmin etməyi tapşırıb.