APA-nın məlumatına görə, bu fərmanla Azərbaycan Müdafiə Nazirliyinə göstərilən İş Planının müddəalarının həyata keçirilməsinin təmin olunması tapşırılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi isə həmin İş Planının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirildiyi barədə ABŞ hökumətini xəbərdar etməlidir.