Prezident Administrasiyasında vətəndaşların videoqəbulu tətbiq ediləcək
14 fevral 2014 16:30 (UTC +04:00)

Prezident Administrasiyasında vətəndaşların videoqəbulu tətbiq ediləcək

Bu il Prezident Administrasiyasında Vətəndaşların qəbulu otağında vətəndaşların videoqəbulunun tətbiqi nəzərdə tutulur.


 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun «Azərbaycan» qəzetində dərc olunmuş hesabat xarakterli məqaləsində bildirilib.

 

Quraşdırılacaq avadanlıq və internet xidməti vasitəsilə vətəndaşlar yerlərdən birbaşa Prezident Administrasiyasının Qəbul otağına bağlanacaq və onları narahat edən məsələlərlə əlaqədar müvafiq struktur bölmələri rəhbərlərinin videoqəbulunda olacaqlar. Artıq Sumqayıt, Abşeron, Xaçmaz, Xızı, Quba, Qusar, Siyəzən, Şabran şəhər və rayonlarında müvafiq sistem işə salınmaq üzrədir.

 

S.İsmayılov qeyd edib ki, 2013-cü ilin fevral ayından Azərbaycan Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilən və uğurla icra edilən "Qəbula yazılmaq" elektron xidmətindən istifadə edərək, vətəndaşlar Prezident Administrasiyasının qəbul otağına birbaşa ərizə ilə müraciət etmədən qəbul cədvəlinə uyğun olaraq elektron müraciət əsasında müvafiq struktur bölmələri rəhbərlərinin qəbuluna yazılır və təyin olunmuş vaxtda qəbulda olurlar. Ötən müddət ərzində bu elektron vasitə ilə müraciət etmiş 3243 vətəndaşdan çoxu Prezident Administrasiyasının müvafiq struktur bölmələri rəhbərlərinin qəbulunda olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar