Prezident: “Son seçkilər müxalifətin sonu idi” - <span style="color:red;">YENİLƏNİB
06 fevral 2014 11:11 (UTC +04:00)

Prezident: “Son seçkilər müxalifətin sonu idi” - YENİLƏNİB

“Bizim daxili vəziyyətimiz çox sabitdir. Sabitlik qorunur. Sabitliyi qoruyan əsas şərtlər xalqla iqtidar arasındakı birlikdir, xalqın gördüyümüz işlərə dəstəyidir, inamıdır. Budur sabitliyi şərtləndirən əsas amil. Daxili vəziyyət sabitdir”. Lent.az-ın məlumatına görə, bunu dövlət başçısı İlham Əliyev fevralın 5-də “Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda çıxışında deyib.

Prezident vurğulayıb ki, xaricdən olan bəzi təzyiqlər heç bir səmərə vermir: “Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041
avatar

Oxşar yazılar