Bu il aprelin 23-24-də Praqa şəhərində Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının sammiti keçiriləcək.
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Çexiya XİN-in Şərq tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Peter Mareşa deyib. O bildirib ki, sammitdə “Şərq tərəfdaşlığı” iştirakçısı olan ölkələrin və Avropa Birliyinin, eləcə də proqramın təşəbbüskarları olan İsveç və Polşanın rəhbər şəxsləri iştirak edəcək.