Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana gəlib.
APA-nın Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, N. Nazarbayev Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının Qəbələdə keçiriləcək 3-cü zirvə toplantısına qatılacaq.
Qazaxıstan prezidenti Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri ilə ikitərəfli görüşlər də keçirəcək.