Nəsimi Nəbizadə ilə APA XƏBƏR
NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ
Böyük ustanın məzarının üstündə saz səsləndirilməsi təsadüfi deyildi... Onun doğulduğu bölgədə saza həmişə böyük hörmət olub... Mənim isə bu kadrlara baxanda “Tütək səsi” filmi yadıma düşdü... İsa Hüseynovun əbədi ünvanının astanasında məhz “Ruhani”nin çalınması isə möhtəşəm idi... İsa Hüseynovun məzarı üzərində “Ruhani” çalan aşıq deyildi, İsfəndiyar kişi idi. Bu dəfə “Ruhani”ni qara kağızı gəlmiş oğlu Rəhman üçün deyil, İsa Hüseynov üçün çalırdı... Onu, oğlu Rəhmanı, “Tütək səsi” filmini, lap elə “Ruhani”ni yaratmış Muğanna üçün... “Ruhani”ni Azərbaycana xalqına sevdirən də İsfəndiyar kişi oldu, “Ruhani”ni bu gün yaşadan da elə İsa Hüseynovdur…
743