Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Necdət Özəl aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gələcək. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Səfər aprelin 4-dək davam edəcək.