Nazirlər Bağdadda görüşdülər
10 fevral 2014 17:38 (UTC +04:00)

Nazirlər Bağdadda görüşdülər

İraqda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Hoşyar Zebari ilə görüşüb.


 

APA-nın İraq XİN-ə istinadən verdiyi məlumata görə, tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, enerji, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını, nəqliyyat, aviasiya sahələrində fəaliyyətin əlaqələndirilməsi, eləcə də siyasi məsələləri müzakirə ediblər. Ölkələr arasında birbaşa hava əlaqəsinin yaradılması da müzakirə olunub.

 

Qeyd edək ki, E. Məmmədyarov İraqın baş naziri Nuri əl-Maliki ilə də görüşüb. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477
avatar

Oxşar yazılar