Naxçıvan Muxtar Respublikasının yubileyi qeyd olunacaq
05 fevral 2014 23:45 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının yubileyi qeyd olunacaq

Fevralın 7-də Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında yubiley tədbiri keçiriləcək.

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, tədbirdə professor Abbas Seyidov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hacıyeva və başqaları çıxış edəcəklər.

 

Yubiley tədbirində Naxçıvan Muxtar Respublikası haqqında videoçarx nümayiş olunacaq, muxtar respublikanın ədiblərinin kitablarından ibarət sərgi təşkil olunacaq. Tədbirin bədii hissəsində “Aysel” və “Cəngi” rəqs ansamblı, xalq artisti Azər Zeynalov, əməkdar artistlər İlqar Muradov, Nuriyyə Hüseynova musiqi nömrələri ilə çıxış edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1237
avatar

Oxşar yazılar