Bu gün Müsavat Partiyası Məclisinin toplantısı keçirilib.
Müsavat Partiyası Divanının üzvü Tural Abbaslının APA-ya verdiyi məlumata görə, toplantıda bu il keçiriləcək bələdiyyə seçkilərində iştirakla bağlı fikir mübadiləsi aparılıb.
Müsavat başqanı İsa Qəmbər, Divan üzvləri və Məclis üzvlərinin əksəriyyəti bələdiyyə seçkilərində iştiraka tərəfdar olduqlarını deyiblər. Bələdiyyə seçkilərində partiyanın iştirakına tərəfdar olan T. Abbaslı çıxış edərək məsələnin səsə qoyulmasını təklif edib. Ancaq partiyanın bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələ səsverməyə çıxarılmayıb. Bələdiyyə seçkilərində iştirakla bağlı məsələ Məclisin 3 ay sonra keçiriləcək növbəti toplantısında səsverməyə çıxarılacaq.
Məclis “Siyasi məhbus” kimi təqdim olunan şəxslərlə bağlı bəyanat qəbul edib.