Müsavat Milli Şura ilə bağlı son sözünü deyəcəyi tarixi açıqladı
07 avqust 2013 22:42 (UTC +04:00)

Müsavat Milli Şura ilə bağlı son sözünü deyəcəyi tarixi açıqladı

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Rüstəm İbrahimbəyovun son açıqlamasına münasibət bildirib.

 

Müsavat yetkilisi “musavat. com”a bildirib ki, bu qeyri-müəyyənlik uzun müddət davam edə bilməz: “Avqustun 12-də keçiriləcək Milli Şuranın toplantısında biz seçkilərlə bağlı Müsavat Partiyasının birmənalı mövqeyini ortaya qoymaq niyyətindəyik. Hesab edirəm ki, gələn həftə seçkilərlə bağlı əsas qərarlar qəbul edilməlidir. Biz çalışacağıq ki, bu qərarlar Milli Şuraya daxil olan bütün siyasi qüvvələrin, ictimai birliklərin, ayrı-ayrı şəxslərin birgə qəbul etdiyi qərarlar olsun. Ümid edirəm ki, gələn həftə ərzində Rüstəm İbrahimbəyov bu problemləri həll edərək respublikaya qayıtmağa nail olacaq və seçki kampaniyasında iştirak edə biləcək. Əks halda, biz partiyanın özünün müstəqil qərarlarını vermək məcburiyyətində qalacağıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827
avatar

Oxşar yazılar