Müsavat başqanı: “...narahatam ”
29 dekabr 2013 14:15 (UTC +04:00)

Müsavat başqanı: “...narahatam ”

“İlin əvvəlindən qurultayın keçirilməsi istiqamətində konkret addımlar atılmalıdır”


 

“Partiya daxilində gərginliklərin artması xoşagələn hal deyil. İlin əvvəlindən qurultayın keçirilməsi istiqamətində konkret addımlar atılmalıdır”.

 

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər partiyanın qurultayı barədə danışarkən deyib.

 

İ. Qəmbər qeyd edib ki, partiya iki ilə yaxındır ki, qurultay keçirməyə hazırdır: “İstənilən vaxt bizə normal məkan ayrılsa, qurultayımızı keçirməliyik. Artıq ilin ilk aylarından biz bu məsələ ilə ciddi şəkildə məşğul olmalıyıq. Digər məsələlər nə qədər önəmli olsa da, öz partiyamızın güclənməsi və inkişafı baxımından qurultaya ehtiyac var”.

 

Müsavat başqanı qurultayla bağlı partiya daxilində gərginliyin artmasından narahatlığını da ifadə edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029
avatar

Oxşar yazılar