Müsavat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi
31 mart 2014 15:54 (UTC +04:00)

Müsavat Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi

0

Müsavat Partiyası qurultayla bağlı müraciətinin cavabsız qaldığı üçün Bakı Şəhər İcra Hakimiyyətini (BŞİH) məhkəməyə verib.


 

Bu barədə APA-ya məlumat verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib ki, partiya fevralın 11-də qurultaya yer ayrılması ilə əlaqədar BŞİH-ə müraciət edib və qaydaya uyğun olaraq, müraciətə 15 gün ərzində cavab verilməlidir. Lakin müraciət hələ də cavabsız qaldığından partiya qurumu məhkəməyə vermək qərarına gəlib: “Sənədlər bu gün  1 saylı Bakı Şəhər inzibati-iqtisadi məhkəməsinə təqdim edilib və qəbul olunub”.

 

Xatırladaq ki, qurultayın mayın 24-də keçirilməsi planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 768

Oxşar yazılar