MSK İlham Əliyevin prezidentliyə namizədliyini təsdiq etdi
10 avqust 2013 15:02 (UTC +04:00)

MSK İlham Əliyevin prezidentliyə namizədliyini təsdiq etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə baxılıb.

 

APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi səsvermə ilə rəsmən təsdiq olunub.

 

 

Qeyd edək ki, 6 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

 

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

 

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.

 

Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366
avatar

Oxşar yazılar