MSK-ya ilk müraciət edən Əhməd Oruc oldu
06 avqust 2013 13:17 (UTC +04:00)

MSK-ya ilk müraciət edən Əhməd Oruc oldu

Prezidentliyə iddialı “Azadlıq” partiyasının sədri Əhməd Oruc Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən ilk namizəd olub. Lent.az-ın “Yeni Musavat”a istinadən verdiyi məlumata görə, o, avqustun 6-da bütün namizədlərdən əvvəl sənədlərini MSK-ya təqdim edib.

 

Partiya sədri bildirib ki, MSK-da onu xoş qarşılayıblar və sənədlərini təqdim etməsinə şərait yaradıblar: “Lazım olan sənədləri təqdim etdik, bu, imza vərəqələri götürmək üçündür. Dedilər ki, bir neçə günə bizə məlumat veriləcək”.

 

Ə.Orucun sözlərinə görə, sənədlərini MSK-ya tez təqdim etməsinin səbəbi imza toplanması zamanı çox vaxt qazana bilməkdir: “MSK-nın qərarına görə, avqustun 5-dən etibarən seçki prosesi başlanıb. Qanuna görə, namizədin sənədlərinə cavab veriləndən sonra imza toplanmasına başlanacaq. Biz sənədlərimizi tez təqdim etdik ki, imza toplamaq çətin olmasın. Bir neçə gün ərzində sənədlərimizə cavab veriləcək, ya imtina edəcəklər, ya da imza vərəqələri verəcəklər. Düşünürəm ki, imtinaya əsas yoxdur, bütün sənədlər qaydasındadır”.

 

Ə.Oruc prezident seçiləcəyinə əmin olduğunu da bildirib: “Qələbə qazanmağım millətin iradəsindən və seçki prosesindən asılıdır. Seçkiyə böyük ümidlər var”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1023
avatar

Oxşar yazılar