Rusiya paytaxtında "Xəzər dialoqu - 2014" Beynəlxalq Forum keçiriləcək. Bu barədə APA-nın Moskva müxbirinə tədbirin təşkilat komitəsindən bildirilib.
Aprelin 14-də Moskva Ticarət Sənaye Palatasının Konqres Mərkəzində baş tutacaq forum Rusiya Xarici İşlər Nazirliyi, Təbii Resurslar və Ekologiya Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Energetika Nazirliyinin, Rusiya Ticarət-Sənaye Palatası və Rusiya Elmlər Akademiyasının dəstəyi və iştirakı ilə keçirilir.
Forumun təşkilatçısı qismində isə "Kaspi-Elm və İnnovasiya" Şurası, "Roskon" və "İnterforum" iştirak edirlər.
İllik forumun keçirilmə məqsədi Xəzər regionunda qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və Xəzər dənizindən birlik faktoru kimi istifadə üçün səylərin birləşdirilməsidir.
Foruma Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və digər ölkələrin beynəlxalq təşkilatlarının, nazirliklərinin, dövlət və özəl koorporasiyalarının, ictimai təşkilatlarının rəhbərləri dəvət olunub.