Milli Şura ilə bağlı növbəti görüş oldu
29 may 2013 00:07 (UTC +04:00)

Milli Şura ilə bağlı növbəti görüş oldu


Bu gün ACP sədri Sülhəddin Əkbər, ALP-nin sədr əvəzi Əvəz Temirxan, AXCP sədri Əli Kərimli, KXCP sədrinin müavini Bəybala Əbil, EL hərəkatından Eldar Namazov və Müsavat başqanı İsa Qəmbər görüşüb.

Musavat.com-un məlumatına görə, axşam saat 22:00-a qədər davam edən görüşdə Demokratik Qüvvələrin Milli Şurasının təsis sənədləri müzakirə olunub.

Müzakirələrə telefon və skaypla Rüstəm İbrahimbəyov, Rəsul Quliyev, Lalə Şövkət və Mirmahmud Mirəlioğlu da qatılıblar.

Məsləhətləşmələr nəticəsində Milli Şuranın Təsis Bəyannaməsi və tərkibi razılaşdırılıb.

Yaxın günlərdə Milli Şuranın ilk toplantısının keçiriləcəyi, bəyannaməsi və tərkibinin təqdim ediləcəyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704
avatar

Oxşar yazılar