Məzahir Pənahov: "Seçici siyahısı məsələsini dramatikləşdirmək yersizdir”
29 iyul 2013 11:39 (UTC +04:00)

Məzahir Pənahov: "Seçici siyahısı məsələsini dramatikləşdirmək yersizdir”



“Beynəlxalq təşkilatların seçkiləri qiymətləndirməsi vacibdir, ancaq ən əsas Azərbaycan xalqının seçkilərdən razı qalmasıdır”. Lent.az-ın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının (DSK) sədrləri üçün Bakıda başlayan ənənəvi bir həftəlik seçki hüququ üzrə ixtisaslaşmış kurslarların açılışında ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay deyib. O bildirib ki, ATƏT-in vəzifəsi seçki hazırlıqlarına yardımçı olmaq, əməkdaşlıq etməkdir: “MSK və Prezident Administrasiyası ilə birgə həyata keçirəcəyimiz proqramlar var. Xüsusən gəncləri və xanımları seçkilərə cəlb etməyə çalışacağıq. Azərbaycanın müxtəlif bölgələrində bununla bağlı tədbirlər keçirəcəyik. Amma DSK və məntəqə seçki komissiyalarının birbaşa vəzifəsi təklikdə seçicilərin razı qalmasını təmin etməkdir. Kimsə deməsin ki, mən səs verə bilmədim, yaxud səsim başqasına getdi. Başqa ölkələrdəki seçkilərin yaxşı təcrübələrindən istifadə etmək lazımdır”.

Koray Tarqay nəzərə çatdırıb ki, seçki məsələsi ilə bağıl Azərbaycandakı xarici ölkə diplomatları koordansiyalı şəkildə çalışırlar: “Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə azad və demokratik seçkilərin keçirilməsi əksini tapıb. Bundan öncəki seçkilərdə müsbət irəliləyişlər qeydə alınıb. Bu, asan proses deyil, tək qanunlarla mümkün deyil. İndiyə qədər görülən işləri müsbət qarşılamalıyıq, ciddi irəliləyişlər var. Amma bunlar yetərli deyil, seçkilər təcrübədir, Azərbaycanda bundan əvəlki seçkilərdə atılan addımların nəticəsində gələcəkdə daha yaxşı seçkilərin keçirilməsi üçün təcrübə toplanıb”.

MSK sədri Məzahir Pənahov seçki siyahıları ilə bağlı məsələyə cavab olaraq bildirib əksəriyyət ölkələrdə seçici özü seçici siyahısına düşür: “Əgər həmin ölkələrdə müəyyən olunmuş vaxtda vətəndaş seçici siyahısına düşməsə, istər gedib Prezident Administrasiyasının qarşısında aksiya keçirsin, siyahıya düşə bilməz. Ancaq Azərbaycanda vəziyyət fərqlidir. Seçki siyahısı davamlı dürüstləşdirilir. Seçki Məcəlləsinə görə, seçici şəxsiyyət vəsiqəsini seçki günü təqdim edirsə, ərazidə yaşayırsa, adı əlavə seçki siyahısına salına və səs verə bilər. Bu günə qədər bu məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb. Mən beynəlxalq təşkilatların nümayəndələrinə deyirəm ki, Azərbaycanda seçki siyahısı bir çox Avropa ölkələrindən fərqlənir. Ona görə də seçici siyahısı məsələsini dramatikləşdirmək nonses, yersizdir”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248
avatar

Oxşar yazılar