Məmmədyarovla Nalbanyan Moskvada görüşəcəklər - <span style="color:red;">YENİLƏNİB
29 mart 2014 12:12 (UTC +04:00)

Məmmədyarovla Nalbanyan Moskvada görüşəcəklər - YENİLƏNİB

0
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün aprelin 4-də Moskvada MDB ölkələrinin xarici işlər nazirləri Şurasının toplantısı çərçivəsində keçirilməsi planlaşdırılır.

 

APA-nın məlumatına görə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov toplantıya qatılmaq üçün Moskvaya səfər edəcək. 

 

Qeyd edək ki, martın 28-də ATƏT-in Minsk qrupu həmsədrləri Elmar Məmmədyarovla Edvard Nalbanyanın aprelin əvvəlində Rusiya paytaxtında görüşəcəyini bəyan ediblər. Bu görüş Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlıq olacaq. 

 

MDB XİN başçılarının 4 aprel toplantısında 20-dək sənədin nəzərdən keçiriləcəyi gözlənilir. Onların arasında birlik dövlətlərinin müxtəlif sahələrdə əməkdaşlığını nəzərdə tutan sənədlər, o cümlədən MDB çərçivəsində 2013-cü ildə XİN-lər arasında çoxsəviyyəli məsləhətləşmələr planının icrası, habelə bu il üçün nəzərdə tutulan müvafiq plan, yetkinlik yaşına çatmayanların daimi yaşadıqları ölkələrə qaytarılması və digər məsələlər müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 699

Oxşar yazılar