Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının (DSK) sədrləri üçün keçirilən kursda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məruzə oxuyub.
Lent.az-ın verdiyi məlumata görə, Fərhad Abdullayev deyib ki, Azərbaycan Konstitusiyasını qəbul edərkən öz prioritetlərini müəyyənləşdirib: “Azərbaycan öz gələcəyini müəyyənləşdirən mühüm beynəlxalq qanunlara imza atıb. Biz seçkilərdə dürüstlüyün təmin olunmasına çalışmalıyıq. Konstitusiya Məhkəməsində bir neçə dəfə seçkilərlə bağlı işlər icraatda olub. Seçkilərin nəticələrinin ARKM tərəfindən elan olunması çox vacibdir və əhəmiyyətlidir. Vətəndaşlar bilməlidirlər ki, onların şikayətlərinə dərhal məhkəmə tərəfindən baxıla bilər. Bu da insan hüquq və azadlıqlarının təmin olunması baxımından mühüm amildir. Seçkilərin şəffaf keçirilməsi dünya birliyinə ölkəni yaxşı mənada nümayiş etdirmək baxımından çox gözəl imkandır”.
Konstitusiya Məhkəməsinin sədri: “ Vətəndaşlar bilməlidirlər ki…”
777