ABŞ-da işgüzar səfərdə olan Milli Məclisin Azərbaycan-ABŞ Parlamentlərarası Əlaqələr üzrə işçi qrupunun üzvləri amerikalı həmkarları ilə görüşlər keçiriblər.
İyulun 17-i tarixində millət vəkilləri Səməd Seyidov və Asim Mollazadə ABŞ-ın İllinoys ştatından olan konqresmen Dani Deyvis ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Konqresmen D.Deyvis Azərbaycanın etibarlı müttəfiq imicini doğrultduğunu, bu xüsusda ölkələr arasında enerji və terrorçuluğa qarşı mübarizə sahəsində fəal əməkdaşlığı xüsusi qeyd edib.
Daha sonra Azərbaycanın yerləşdiyi həssas qonşuluq şəraitində İsraillə münasibətlərin yüksək qiymətləndirildiyini bildirib.