Kolumbiya da Xocalı soyqırımını tanıdı
01 avqust 2013 18:00 (UTC +04:00)

Kolumbiya da Xocalı soyqırımını tanıdı

 

 

 

İyulun 30-da Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsi Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımına dair Qərar qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Kolumbiya Konqresinin Nümayəndələr Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən irəli sürülən “Ermənistan-Azərbaycan münaqişəsi” adlı qərar layihəsi Palatanın II Komitəsində səsverməyə qoyulub və yekdilliklə qəbul edilib.

 

Sənəddə Azərbaycanın  Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunması, bu hərbi işğal nəticəsində Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması, xüsusilə Xocalıda baş vermiş soyqırım aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejimin pozulması qətiyyətlə pislənilib.

 

Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair Kolumbiya Konqresinin Nümayəndələr Palatasının sədri Hernan Penaqos Xiraldo  Azərbaycan torpaqlarının 20 %-nin Ermənistan tərəfindən işğal edilməsi və rəsmi Yerevanın təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının öz yurdlarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verib.  

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679
avatar

Oxşar yazılar