Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Kəlbəcər rayonundan olan məcburi köçkünlərin toplantısı keçirilib. Lent.az-ın məlumatına görə, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin sədri, Ağsaqqllar Şürasının İdarə Heyyətinin və Yazıçılar Birliyinin üzvü Qənbər Qurbanov bildirib ki, vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməl prinsipidir.
Q. Qurbanov bildirib ki, İlham Əliyevin namizədliyi Azərbaycan ziyalıları, Kəlbəcər rayon sakinləri, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin İdarə heyəti və çoxminli üzvləri tərəfindən dəstəklənir və daima dəstəklənəcək.
Qeyd edək ki, bununla bağlı bəyanat da qəbul olunub.