Jan-Klod Minyonun AŞ baş katibi vəzifəsinə namizədliyi təsdiqlənmədi
21 fevral 2014 15:42 (UTC +04:00)

Jan-Klod Minyonun AŞ baş katibi vəzifəsinə namizədliyi təsdiqlənmədi

Bu gün səhər Avropa Şurası Nazirlər Komitəsində qurumun baş katibi vəzifəsinə namizədlərin təsdiqlənməsinə dair səsvermə keçirilib.


 

APA-nın Avropa müxbirinin məlumatına görə, bu vəzifəyə rəsmən 3 namizəd qeydə alınmışdı: Avropa Şurasının hazırkı baş katibi, norveçli Tyorbörn Yaqland, Almaniyanın sabiq ədliyyə naziri, xanım Sabin Löythöyzer-Şnarrenberger və AŞPA-nın sabiq sədri, fransalı Jan-Klod Minyon.

 

Keçirilən səsvermədə Tyorbörn Yaqland və xanım Sabin Löythöyzer-Şnarrenbergerin namizədlikləri təsdiq olunub. AŞPA-nın sabiq sədri Jan-Klod Minyonun namizədliyi isə NK tərəfindən təsdiqlənməyib.

 

Bundan sonrakı mərhələdə qeydə alınmış iki nəfərin namizədliyi Avropa Şurası Parlament Assambleyasının Bürosuna göndəriləcək və daha sonra AŞPA-nın iyunda keçiriləcək yay sessiyasında assambleya üzvləri qurumun baş katibini seçəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441
avatar

Oxşar yazılar