İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaq
13 avqust 2013 03:18 (UTC +04:00)

İtaliya Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışacaq

«Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən bir həll olmalıdır». APA-nın məlumatına görə, bunu avqustun 11-də Azərbaycan və İtaliya nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdən sonra keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandıran İtaliya Nazirlər Şurasının prezidenti Enriko Letta deyib.

 

Ənənəvi olaraq İtaliyanın Dağlıq Qarabağ münaqişəsinə böyük diqqət yetirdiyini deyən E.Letta qeyd edib ki, italiyalı diplomatları bu məsələni daim diqqət mərkəzində saxlayıb və ənənəvi olaraq müxtəlif təkliflər irəli sürülərək nəzərdən keçirilib.

 

“Gələn il Avropa İttifaqına İtaliya sədrlik edəcək. Bu, bizim üçün böyük bir məsuliyyətdir. Sizi əmin etmək istərdim ki, biz bu münaqişənin beynəlxalq səviyyədə həllinə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Münaqişə 20 ildən çoxdur davam edir. Bu da çox uzun bir müddətdir. Mən çox gözəl anlayıram ki, bu münaqişənin bundan sonra da belə səmərəsiz davam etməsi nə dərəcədə qorxunc bir fikirdir. İtaliya bu münaqişənin beynəlxalq praktikaya uyğun həlli istiqamətində səylərini əsirgəməyəcək”, - deyə o vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 433
avatar

Oxşar yazılar