İsveç Parlamentinə Xocalı soyqırımına dair bəyanat təqdim edildi
14 fevral 2014 17:21 (UTC +04:00)

İsveç Parlamentinə Xocalı soyqırımına dair bəyanat təqdim edildi

“Azərbaycan Naminə“ Cəmiyyəti Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində İsveç Parlamentinin 349 deputatına, İsveç hökumətinə və Xarici İşlər Nazirliyinə, İsveçdə yerləşən beynəlxalq təşkilatların ofisinə qətliamı pisləyən bəyanat təqdim edib. Lent.az-ın məlumatına görə, bəyanatda 1992-ci ilin 25-26 fevralın Azərbaycan tarixində qanlı faciə günü kimi yaddaşlarda həkk olunduğu, həmin gecə erməni silahlı qüvvələrinin Xankəndi şəhərini tamamilə darmadağın etdiyi, bir gecədə 106 qadın, 63 uşaq, 70 yaşlı insanın və ümumilikdə 613 azərbaycanlının erməni vandalları tərəfindən öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin taleyinin isə  hələ də məlum olmadığı, 6 ailənin tamamilə məhv edildiyi, 25 körpənin hər iki valideynini itirdiyi, 56 insanın xüsusi amansızlıqla qətlə yetirildiyi qeyd edilir.

 

 

Sənəddə 22 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliam Xocalı Xatın, Liditse, Oradur faciələri ilə müqayisə olunur, Xocalı şəhərini yer üzündən silən ermənilərin insanlığa sığmayan vəhşilikləri göstərilir: “Əlli nəfər görünməmiş qəddarlıqla qətlə yetirilib. Onların başlarının dərisi soyulub, diri-diri yandırılıb, başları, bədənlərinin hissələri kəsilib, gözləri çıxarılıb. Qəddarlıqla öldürülənlər arasında hamilə qadınlar da olub”.

 

Bəyanatda daha sonra deyilir ki, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən cinayətə hüquqi qiyməti verməlidir. Xocalı faciəsi erməni millətçilərinin və onların havadarlarının iki yüz il ərzində Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsidir.

 

Qətnamədə  İsveç hökuməti, dünya ictimaiyyəti bu faciəyə biganə qalmamağa çağırılır: “Bu gün Xocalı sakinləri, məruz qaldıqları qətliama ədalətli qiymət veriləcəyi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağı ümidi ilə yaşayırlar. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdır ki, cinayət cəzasız qalmasın”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411
avatar

Oxşar yazılar