İspaniyanın baş naziri İlham Əliyevi ölkəsinə dəvət etdi
23 aprel 2014 16:05 (UTC +04:00)

İspaniyanın baş naziri İlham Əliyevi ölkəsinə dəvət etdi

Prezident İlham Əliyev aprelin 23-də İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqalyonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, dövlət başçısı bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. İspaniyanın baş naziri Mariano Raxoy Breylə Vilnüsdəki görüşünü məmnunluqla xatırlayan prezident görüş zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr apardığını deyib.

 

Nazir Xose Manuel Qarsia-Marqalyo İspaniya Kralı Xuan Karlosun və Baş nazir Mariano Raxoy Breyin salamlarını dövlət başçısına çatdırıb. O, İspaniyanın baş naziri Mariano Raxoy Breyin Azərbaycan prezidentinin İspaniyaya səfərə dəvəti ilə bağlı məktubunu prezident İlham Əliyevə təqdim edib.

 

Dövlət başçısı İspaniya Kralı və baş nazirinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İspaniyanın Kralına və Baş nazirinə çatdırmağı xahiş edib.

 

 

Dövlət başçısı bu gün həmçinin Niderland Krallığı Senatının üzvü Rene Van der Lindenin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 551
avatar

Oxşar yazılar