İsa Qəmbər: “Rüstəm İbrahimbəyov bizimlə Bakıya gəlməli idi”
01 avqust 2013 19:27 (UTC +04:00)

İsa Qəmbər: “Rüstəm İbrahimbəyov bizimlə Bakıya gəlməli idi”

 

“Hesab edirəm ki, iyulun 31-də Rüstəm İbrahimbəyov bizimlə Bakıya gəlməli idi”. 
 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Müsavat başqanı İsa Qəmbər Azadlıq radiosunun “İşdən sonra” proqramında qonaq olarkən deyib. Onun sözlərinə görə, vətəndaşlıqla bağlı məsələlər hüquqi müstəvidə həll olunmur: “Təbii ki, qanunlar var. Amma bu məsələ siyasi müstəvidə həll olunur. Mən hesab edirəm ki, bu gün demokratik düşərgə qanuni addımlarla hakimiyyəti qanunsuz addımlar görməyə sövq etsin. Bu məsələ cəsarət məsələsi deyil. Rüstəm İbrahimbəyovu illərdir ki, tanıyıram . Çox cəsarətli adamdır”. 

İsa Qəmbər bildirib ki, Rüstəm müəllim bizimlə 31 iyulda Bakıya gəlsəydi, həm özü, həm də Milli Şura üçün ən düzgün siyasi qərar vermiş olardı: “Biz Əliyevlər hakimiyyətini addım atmağa sövq edərdik. Ən çoxu iki həftəyə qədər vaxtımız var. Bu müddət ərzində Rüstəm müəllim Bakıya gəlsə, bütün vaxt itkisinə, şəraitin çətinliyinə baxmayaraq, onun gəlməyi və prosesin başına keçməyi situasiyaya elə bir impuls verəcək ki, biz çox sürətli güclü kampaniya aparıb uğur əldə edəcəyik”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1088
avatar

Oxşar yazılar