İranın Azərbaycandakı səfiri: “İranda Azərbaycan dili tədris olunur”
12 fevral 2014 11:23 (UTC +04:00)

İranın Azərbaycandakı səfiri: “İranda Azərbaycan dili tədris olunur”

“İranda azərbaycanlıların kompakt yaşadığı ərazilərdəki ali və orta təhsil müəssisələrində Azərbaycan dili tədris olunur və bu, bizim Konstitusiyamızın müddəasında da əks olunub”.


 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

 

Onun sözlərinə görə, prezident Həsən Ruhaninin siyasəti də ondan ibarətdir ki, etnik xalqların mədəniyyəti inkişaf etsin: “Biz gələcəkdə İranın etnik xalqlarının, o cümlədən azərbaycanlıların da İranın dövlət quruculuğunda iştirakının şahidi olacağıq”.

 

Qeyd edək ki, bu yaxınlarda İran mətbuatında azərbaycanlıların sıx yaşadığı ərazilərdə Azərbaycan məktəblərinin açılacağı barədə məlumatlar yayılıb. İSNA-nın yaydığı xəbərə görə, İranın mədəniyyət naziri Əli Cənnəti etnik xalqların öz dillərində təhsil alması təşəbbüsünü dəstəkləyib. O, məsələnin İran Konstitusiyasının 15-ci maddəsinə uyğunlaşdırılmasının vacibliyini bildirib. Həmin maddəsinə əsasən, İranın rəsmi dili fars dilidir və ölkədə yaşayan digər xalqların dilinin fars dili ilə birgə mediada və təhsildə istifadə edilməsinə icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620
avatar

Oxşar yazılar