Bu gün Ümid Partiyasının növbəti qurultayı keçirilib. Lent.az-ın məlumatına görə,
Ümid Partiyasının sədri İqbal Ağazadə qurultaylararası hesabatla çıxış edib. Görülən işlər qurultay iştirakçıları tərəfindən qənaətbəxş hesab edilib.
MNTK-nın hesabatı dinlənilib. Sonra isə Ümid Partiyasının Nizamnaməsinə uyğun
olaraq təşkilatı məsələyə baxılıb. Ümidçi gənclərin təşəbbüsü ilə İ. Ağazadə yenidən Ümid Partiyasının sədri seçilib. Qurultay həmçinin 9 oktyabr Prezident seçkilərində Ümid partiyasının iştirakı ilə bağlı qərar qəbul edib. İ Ağazadənin Seçki Qərargahının sədri Taleh Əliyevin təklifi ilə İ. Ağazadənin prezidentliyə namizədliyi irəli sürülüb.