APA-nın məlumatına görə, qurultayda Nizamnaməyə uyğun olaraq partiya sədrinin, Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatları dinlənilib, partiya strukturlarına yenidən seçkilər keçirilib. Partiyanın sədri isə növbəti müddətə İlyas İsmayılov seçilib.
Qurultayda təşkilatı məsələlərlə yanaşı, partiyanın prezident seçkiləri ilə bağlı mövqeyi də müzakirəyə çıxarılıb. Qurultayda seçkilərin baykot olunması və ya başqa namizədin dəstəklənməsi təklifləri qəbul olunmayıb. Yığıncaqda Ədalət Partiyasının sədri İlyas İsmayılovun prezidentliyə namizədliyi irəli sürülüb.
Daha sonra prezidentliyə namizədliyi irəli sürülən İ. İsmaylovun səlahiyyətli nümayəndələri də təyin olunub və Seçki Qərargahı formalaşdırlıb.