Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevin abidəsinin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, son dövrlərdə bu ərazidə abadlıq işləri aparılıb, yaşıllıq zolağı daha da genişləndirilib.