Yeni Azərbaycan Partiyası (YAP) prezident seçkilərində İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün imzatoplama kampaniyasını başa çatdırıb.
APA-nın partiyanın saytına istinadən verdiyi məlumata görə, YAP-ın rayon və şəhər təşkilatları tərəfindən Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq 40 mindən yuxarı seçici imzası toplanaraq partiyanın Seçki Qərargahına təqdim edilib.
Hazırda toplanmış imzaların MSK-yaa təqdim olunması üçün müvafiq hazırlıq işləri həyata keçirilir. İmza vərəqələri müvafiq hazırlıq işləri başa çatdıqdan sonra MSK-yaa təqdim ediləcək.
İmzatoplama kampaniyasında 1000-dək partiya fəalı iştirak edib.