İlham Əliyev Türkmənistana dəvət olundu
02 aprel 2014 18:08 (UTC +04:00)

İlham Əliyev Türkmənistana dəvət olundu

Prezident İlham Əliyev aprelin 2-də Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, R. Meredov Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun ən səmimi salamlarını və dərin ehtiramını çatdırıb.

 

O, Q. Berdiməhəmmədovun ən xoş arzularının və prezident İlham Əliyevi Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu da təqdim edib. R. Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi qeyd edib.


Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd edən dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini deyib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində dövlət başçıları arasında əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd edib. Dövlət başçısı R. Meredovun Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.


Prezident İlham Əliyev türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar