Prezident Siyəzən rayonunda bir sıra obyektlərin açılışında iştirak edib
19 iyul 2013 02:00 (UTC +04:00)

Prezident Siyəzən rayonunda bir sıra obyektlərin açılışında iştirak edib

İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev respublikanın şimal bölgəsinə səfəri çərçivəsində Siyəzən rayonunda olub.

APA-nın xəbərinə görə, prezident ümumilli lider Heydər Əliyevin Siyəzən şəhərinin mərkəzindəki abidəsini ziyarət edəndən sonra Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Mərkəzin inşasına 2013-cü ilin yanvarında başlanılıb və iyul ayında başa çatdırılbı. Mərkəzdə  Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər nümayiş olunur. Mərkəzdə muzeylə yanaşı xalçaçılıq dərnəyi, dizayn və rəsm studiyaları, sərgi salonu, internet klub, kitabxana və xarici dil kursları da fəaliyyət göstərəcək. 

 

Prezident Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatının və Siyəzən Rayon İcra Hakimiyyətinin yeni inzibati binalarının açılışından sonra rayon mərkəzində içməli su xəttinin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə də iştirak edib. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə layihənin Azərbaycan hökuməti ilə Dünya Bankının vəsaiti hesabına həyata keçirildiyini bildirib. 

Prezidentə məlumat verilib ki, Fransa və Azərbaycan şirkətlərinin birgə işlədikləri bu layihə çərçivəsində Siyəzən şəhərinin su təchizatı və kanalizasiya şəbəkələrinin bərpası və tikintisinə başlanılıb. Şəhərin bütün evləri su və kanalizasiya şəbəkələrinə qoşulub. İkinci Bakı kəmərindən suyun götürülməsi və şəhərə paylanması üçün təmizləyici su anbarları tikilib. Çirkab sutəmizləyici qurğunun tikintisi isə davam etdirilir. Layihənin həyata keçirilməsi ilə Siyəzən şəhərinin əhalisini 24 saat fasiləsiz içməli su ilə təmin etmək mümkün olacaq.

 

Prezident daha sonra Siyəzəndə Gənclər Mərkəzinin açılışında iştirak edib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikilmiş Gənclər Mərkəzinin inşasına 2012-ci ilin aprelində başlanılıb.  Layihənin smeta dəyəri 714,91 min manatdır. Mərkəzdə Dövlətçilik Muzeyi, oyun zalları, kafe, bar, internet klub, internet kafe fəaliyyət göstərir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1219
avatar

Oxşar yazılar