Həmsədrlər bəyanat yaydılar
06 fevral 2014 13:54 (UTC +04:00)

Həmsədrlər bəyanat yaydılar

“Tərəflərlə yüksək səviyyədə görüşlərin keçirilməsi ilə bağlı məsləhətləşmələr davam etdiriləcək”


 

ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə son səfərləri ilə bağlı bəyanat yayıblar. APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa), Ceyms Uorlik (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik (Polşa) fevralın 4-5-də Azərbaycan və Ermənistana səfər çərçivəsində iki ölkə prezidentləri, xarici işlər və müdafiə nazirləri ilə görüşlər keçiriblər.

 

Bəyanatda bildirilir ki, səfər zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində danışıqların Vyana görüşündə razılaşdırıldığı kimi, ən yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb. Həmsədrlər cəbhə xəttində atəşkəs pozuntularının artmasından narahatlıqlarını bildiriblər və hər iki tərəfi hərbi ritorikanın dərəcəsini azaltmağa çağırıblar. Onlar eyni zamanda, xüsusilə Soçidə keçiriləcək Qış Olimpiya Oyunları zamanı tərəfləri gərginliklərin qarşısını almağa çağırıblar: “Həmsədrlər tərəflərlə gələn həftələr ərzində yüksək səviyyədə görüşlərin keçirilməsi ilə bağlı məsləhətləşmələri davam etdirəcəklər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741
avatar

Oxşar yazılar