“Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağda atəşkəs rejiminə əməl edəcəklərini bir daha təsdiqlədilər - xüsusən Olimpiya oyunları müddətində..."
APA-nın xəbərinə görə, bunu özünün “Twitter” səhifəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.
Həmsədrlərin Ermənistana səfərinin yekunlarına toxunan C. Uorlik bildirib ki, hələlik iki ölkə prezidentinin növbəti görüşünün vaxtı müəyyənləşməyib: “Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğuladı”.
Xatırladaq ki, həmsədrlər bu həftə bölgəyə növbəti dəfə səfər ediblər.