Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Tövbə Cəmiyyətinin sədri Hacı Əbdül söyləyib.
Xalqı bir daha tövbəyə çağıran Hacı Əbdül deyib ki, tövbə edilmədiyi üçün faciələr qaçılmaz oldu. O, daha sonra ictimaiyyətə ünvanladıqları müraciəti oxuyub. Hacı bildirib ki, bu gün Azərbaycanda elə qüvvələr var ki, mənəvi haqları olmadığı halda hakimiyyətə gəlməyə çalışırlar. İqtidar və müxalifət xalq arasında inam, etimad dayaqlarını itirdiyinə görə bu dayaqları başqa yerdə axtarırlar. Bu da dövlətçiliyimiz üçün real təhlükədir. Biz Vətənimizi və dövlətimizi qorumaq, 1990-cı illərdəki kimi faciəli hadisələrin qarşısına almaq üçün “Vətən Naminə” Xalq Birliyini yaratmağı qərara almışıq. İqtidarda və müxalifətdəki sağlam qüvvələri “Vətən Naminə” Xalq Birliyində birləşməyə çağırırıq. Layiqli namizədə prezident seçkilərində dəstək verəcəyik. Vətəni, xalqı sevmək imandandır, bu, bizim şüarımızdır”.
Hacı Əbdül: “Tövbə edilmədiyi üçün faciələr qaçılmaz oldu”
776