Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana ilk rəsmi səfəri başlayıb.
APA-nın xəbərinə görə, G. Marqverlaşvili Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul ediləcək.
Qonaq Qəbələ və Qax rayonlarına da gedərək yerli gürcü icmasının nümayəndələri ilə görüşəcək.