Elnur Aslanov: “Məmurları nurçuluğa bağlamaq xəstə təxəyyülün məhsuludur”
01 mart 2014 12:02 (UTC +04:00)

Elnur Aslanov: “Məmurları nurçuluğa bağlamaq xəstə təxəyyülün məhsuludur”

“Müəyyən xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan radikal müxalifət - antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

 

“Mənim ünvanıma və ali hakimiyyət orqanlarında ümummilli lider Heydər Əliyevin dövlətçilik yoluna hər zaman sadiq, cənab prezident İlham Əliyevə sədaqətlə çalışan bir sıra dövlət məmurlarına qarşı çirkin iftiralar, nurçuluq adlanan dini təriqətlə bağlamağa cəhdlər xəstə təxəyyülün məhsuludur, tamamilə əsassızdır.

 

Şəxsi maraqlarından uzağa gedə bilməyənlər dərk etməlidir ki, Azərbaycanda “siyasi əfsanələr” dövrü çoxdan bitib, cəmiyyət nağıllarla reallığı ayıracaq qədər ayıq-sayıqdır. Onlara ciddi işlərlə məşğul olmağı tövsiyə edərdim.

 

Peşəkar jurnalistika prinsiplərinə hörmət edərək dəqiqliyinə əmin olmamış, yoxlanılmamış məlumatları yaymayan media təmsilçilərinə də təşəkkür edirəm”, - deyə E. Aslanov bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1789
avatar

Oxşar yazılar