Elmar Məmmədyarov Mozambikin xarici işlər naziri ilə görüşüb
24 fevral 2014 21:03 (UTC +04:00)

Elmar Məmmədyarov Mozambikin xarici işlər naziri ilə görüşüb

zərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Mozambik Respublikasında rəsmi səfərdə olubvə Mozambikin xarici işlər naziri Oldemiro Baloi ilə görüşüb.

 

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Mozambik arasında  siyasi, iqtisadi, mədəni, təhsil və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

 

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və problemin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barəsində məlumat verən Elmar Məmmədyarov münaqişə nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal edildiyini və bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi koçkün vəziyyətinə düşdüyünü bildirib. Elmar Məmmədyarov Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul edilmiş dörd qətnaməsinin tələblərinin yerinə yetirilmədiyini və Ermənistanın öz təcavüzkar siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırıb. 

 

Nazir Elmar Məmmədyarov təhsil, neft-qaz və digər sahələrdə Mozambik mütəxəssislərinin hazırlanması, təcrübə mübadiləsinin aparılması və ADA Universitetində Mozambik diplomatlarının və digər peşə sahiblərinin təhsil almasının mümkünlüyünü qeyd etmiş və Mozambikin xarici işlər naziri Oldemiro Baloiyini Azərbaycana səfərə dəvət edib.

 

Dəvəti məmnuniyyətlə qəbul etdiyini deyən Mozambikin xarici işlər naziri Oldemiro Baloi Nazir Elmar Məmmədyarovun cənubi Afrika regionuna və Mozambikə səfərinin region və ölkəsi üçün xüsusi siyasi əhəmiyyət daşıdığını qeyd edib.  O, yerləşdiyi regionda mühüm rola və dinamik iqtisadiyyata malik olan Azərbaycan Respublikası ilə ikitərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu bildirib və bu xüsusda, ikitərəfli hüquqi bazanın yaradılmasının vacibliyini qeyd edərək, Mozambikdə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı və ölkəsinə Azərbaycan sərmayələrinin cəlb edilməsində maraqlı olduqlarını vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439
avatar

Oxşar yazılar