Elmar Məmmədyarov CAR-ın xarici işlər naziri ilə görüşüb
21 fevral 2014 21:05 (UTC +04:00)

Elmar Məmmədyarov CAR-ın xarici işlər naziri ilə görüşüb

Cənubi Afrika Respublikasına ilk rəsmi səfəri çərçivəsində Nazir Elmar Məmmədyarov CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin Naziri (Xarici İşlər Naziri) Nkoana Maşabane ilə görüş keçirib.

 

APA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə CAR arasında  siyasi, iqtisadi, mədəni və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazir Elmar Məmmədyarov Azərbaycan və CAR-ın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə iki ölkə arasında BMT TŞ-ı çərçivəsində həyata keçirilmiş əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.

 

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barəsində məlumat verən Nazir Elmar Məmmədyarov BMT TŞ-nın münaqişənin həlli üzrə qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Ermənistanın öz təcavüzkar siyasətini bu gün də davam etdirdiyini vurğulayıb.

 

Nazir Elmar Məmmədyarov Azərbaycanın sosial-iqtisadi inkişafı və əldə etdiyi nailiyyətləri barəsində danışaraq, Azərbaycanın müxtəlif sahələrdə CAR ilə qarşılıqlı təcrübə mübadiləsi aparmağa hazır olduğunu bildirib və xanım Nkoana Maşabaneni Azərbaycana səfərə dəvət edib.

 

Xanım Nkoana Maşabane dəvəti məmnuniyyətlə qəbul etdiyini və Nazir Elmar Məmmədyarovun CAR-a səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına güclü təkan verdiyini diqqətə çatdırıb.

 

Görüş əsnasında Nazir Elmar Məmmədyarov və xanım Nkoana Maşabane tərəfindən “Azərbaycan Respublikasının Hökuməti və Cənubi Afrika Respublikasının Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar