Elmar Məmmədyarov: "Cavab gözləyirik”
05 noyabr 2014 16:35 (UTC +04:00)

Elmar Məmmədyarov: "Cavab gözləyirik”

“Azərbaycan prezidenti həmsədrlərlə Bakı görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı məsələ qaldırıb”

 

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

Onun sözlərinə görə, rusiyalı həmsədrlə də bu məsələ barədə danışıb: “O mənə söz verdi ki, Ermənistan qarşısında bu haqda məsələ qaldıracaq. Biz hələ də onlardan cavab gözləyirik. Girovlar qaytarılmalıdır. Minsk qrupu bu məsələdə səylərini əsirgəməməlidir və inanıram ki, həmsədrlər bununla məşğul olurlar”. 

 

D. Əsgərov və Ş. Quliyevin üzərində qurulan qanunsuz məhkəmə ilə bağlı suala isə nazir qısa cavab verib: “Bu məhkəmə qanunsuzdur. Ona görə artıq şərhə ehtiyac yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar