Elmar Məmmədyarov: “Aqressiv separatizm əməkdaşlığı əngəlləyir”
15 avqust 2013 11:57 (UTC +04:00)

Elmar Məmmədyarov: “Aqressiv separatizm əməkdaşlığı əngəlləyir”

“Regional əməkdaşlıq məsələlərini müzakirə edərkən, biz bu cür əməkdaşlığı əngəlləyən amillərdən danışmaya bilmərik. Aqressiv separatizm, milli və etnik mənşəli münaqişələr, dövlətlərimizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin zorla dəyişməyə yönəlmiş addımlar ciddi təhlükə doğuran hədələr kimi qiymətləndirilməlidir”.


 

APA-nın məlumatına görə, bu fikirləri bu gün Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

Nazir bildirib ki, 20 ildən artıq davam edən Ermənistanın hərbi təcavüzü və əsassız ərazi iddialarının nəticəsində meydana gələn Ermənistan-Azərbaycan münaqişəsi bunun ən bariz nümunəsidir: “Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və əhalisinin hər 9-cu nəfəri ya qaçqın, ya da məcburi köçkündür. Biz, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, xüsusi ilə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə, qeyd-şərtsiz və dərhal çıxarılmasını açıq şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsi əsasında tezliklə həllinin tərəfdarıyıq. Bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həlli istiqamətində Azərbaycan Respublikasının səylərini dəstəkləyən üzv-ölkələrə minnətdarlığımı bildirmək istərdim”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar